Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən il Azərbaycanda 4 ton 041 kq 592,2 qr narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üzrə hesabatında deyilir.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 374 kq 323,6 qr-nı heroin, 919 kq 272,9 qr-nı marixuana, 304 kq 513,7 qr-nı tiryək, 90 kq 426,9 qr-nı həşiş, 1 kq 435,3 qr-nı kokain, 57 kq 709 qr-nı metamfetamin və 147 kq 933 qr-nı digər narkotik vasitələr, 145 kq 977,8 qr-nı isə psixotrop maddələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 7 kq 248,2 qr prekursorlar, 9 kq 011,4 qr güclü təsir edən maddələr, 18 kq 049,1 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.