Bəşər Əsəd Suriya prezidenti qismində and içib

Xəbər - Orxan Nəbiyev – Trend:

Suriya prezidenti Bəşər Əsəd son seçkilərdə qələbəsindən sonra and içib.

AzerTimes-ın məlumatına görə, andiçmə mərasimi Kasyun dağında yerləşən Qəsr əş-Şaab sarayında keçirilib.

Qeyd edək ki, Suriyada prezident seçkiləri mayın 26-da keçirilib. Hazırkı prezident Bəşər Əsəd səslərin 95,1 faizini toplayaraq dördüncü dəfə prezident seçilib.