Azad olunan ərazilərdə ötən həftə 108 partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri zamanı iyulun 12-dən 17-dək piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.


Nəticədə 1 435 427 m² (143 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Teqlər: