Azərbaycanda mehmanxanaların gəlirləri 75 faiz artıb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların
gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz
artaraq 59,7 milyon manat olub.

AzerTimes-ın
məlumatına görə, gəlirlərin 54,4 faizi nömrələrin (otaqların)
təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə
xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9
faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik
tutumundan istifadə 10,9 faiz səviyyəsində olub (2021-ci ilin
yanvar-mart aylarında 7,8 faiz). Bu göstərici Şabranda 85,5 faiz,
Qubada 29,6 faiz, Beyləqanda 28,0 faiz, Qusarda 27,2 faiz,
Naftalanda 26,4 faiz, Ağcabədidə 20,5 faiz, Göyçayda 17,7 faiz,
Sabirabadda 17,7 faiz, Qəbələdə 15,3 faiz, Bakıda 14,0 faiz,
Lənkəranda 13,9 faiz, Bərdədə 11,9 faiz, digər şəhər və rayonlarda
isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Teqlər: