Azərbaycanda kiberhücumların əsas növü açıqlanıb

Hazırda internetin Azərbaycan seqmentində kiberhücumların 70
faizi fişinq hücumlarının payına düşür.

Trend-in
məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev
deyib.

Onun sözlərinə görə, kibercinayətkarlar fişinq hücumları zamanı
məqsədə nail olmaq üçün müxtəlif üsullardan istifadə edir.

“Söhbət sosial mühəndislikdən, yəni telefon zəngləri, SMS-lər və
elektron poçt vasitəsilə dələduzluqdan gedir. Bank kartları
sahibləri tərəfindən bank məlumatlarının sızmasının qarşısını almaq
üçün xidmətimiz mobil operatorlarla birgə tədbirlər reallaşdırıb.
Bu tədbirlər bank məlumatlarının fırıldaqçılara ötürülməsinin
kəskin azalmasına kömək göstərib”, – Ş.Əliyev deyib.

O vurğulayıb ki, 2021-ci ildə kiberhücumlar nəticəsində dünya
iqtisadiyyatına dəymiş ziyan 6 trilyon dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)