Evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən
oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə
müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik
naqillərinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, eyni
məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan
daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan
araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi
müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri
törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov
saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun
paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif
vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar
oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf
edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar
Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib,
əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Teqlər: