Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

2022-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd
təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1
milyard 153,1 milyon manat təşkil edib.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dəyərin 1 milyard 085,3 milyon manatı
heyvandarlıq, 67,8 milyon manatı isə bitkiçilik məhsullarının
payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının
istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8
faiz, bitkiçilik məhsulları üzrə 14,4 faiz artıb.

Teqlər: