Qaxda yol polisi reyd zamanı 15 sürücünü cərimələyib (FOTO)

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla
çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis
Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon
ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda reyd
keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, reyd zamanı 60-dək avtomobil saxlanılaraq
xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı
yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq
tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobillərin
sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və
standartlara cavab verməyən 15 nəqliyyat vasitəsinin sürücüsü
barəsində inzibati qaydada tədbir görülüb.

Teqlər: