Türkiyə hərbçiləri əməliyyat bölgələrinə soxulmağa cəhd edən 10 terrorçunu məhv edib

Suriyanın şimalında PKK/YPG terrorçuları “Barış bulağı” və
“Zeytun budağı” əməliyyat bölgələrinə soxulmağa cəhd edib.

Trend xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.

Qeyd olunub ki, 10 terrorçu Türkiyə hərbçiləri tərəfindən
zərərsizləşdirilib.