Azərbaycanda hotellərin sayını artırmaq planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda dövlət dəstəyi ilə hotellərin sayını artırmaq
planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Turizm Agentlikləri Assosiasiyasının nümayndəsi Göydəniz Qəhrəmanov “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində
kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda
konfransda deyib.

Onun sözlərinə görə, ölkədə hotellərin sayının artması rəqabətin
yüksəlməsinə və hotellərdə qiymətlərin azalmasına xidmət
edəcək.

“Eyni zamanda qeyd etmək istərdim ki, azad edilmiş ərazilərdə
hotel biznesinin inkişafı və hotel şəbəkəsinin genişləndirilməsi
sahəsində böyük potensial var”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: