Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara yardımlar göstəriləcək

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan
Nümayəndəliyi “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi
miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım
Planı çərçivəsində dəstəyin göstərilməsi” layihəsi ilə əlaqədar
ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq,
qeyri-qida məhsulları, geyim, eləcə də tibbi və sənədləşmə
istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır.

Dövlət Miqrasiya Xidmətindən AzerTimes-a verilən məlumata görə
yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub:

Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən,
şəxsi sənədlərinin vaxtı bitən);

Ağır iqtisadi vəziyyətdə yaşayanlar;

Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar;

İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar;

Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış
minimumuna istinadla);

Çətin vəziyyətdə olan əcnəbi tələbələr;

Sığınacaq müraciətinə imtina almış şəxslər;

Qeyd olunan miqrant kateqoriyalarına və həssaslıq meyarlarına
uyğun gələn şəxslər yardımdan faydalanmaq üçün aşağıdakı əlaqə
vasitələrini istifadə etməklə müsahibə üçün müraciət edə
bilərlər:

Elektron qeydiyyat forması

Qeydiyyat formasının BMqT-nin aşağıda ünvanları göstərilən
ofislərində də doldurulması mümkündür.

Qeyd olunub ki, sözügedən yardımlar Azərbaycan vətəndaşlarına,
Azərbaycanda daimi yaşama icazəsi və qaçqın statusu olan şəxslərə
şamil edilmir.

Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin
Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında
veriləcək.

Teqlər: