Xəbər - Samir Əli – Trend:
Ədliyyə Nazirliyinin sabiq idarə rəisi, ədliyyə general-mayoru Zavər Qafarov dünyasını dəyişib.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Z.Qafarov dünən ürəktutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Z.Qafarov uzun müddət Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. 2015-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilərək Ədliyyə Akademiyasının elmi işçisi kimi fəaliyyətini davam etdirib.