İranda daha 103 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 103 nəfər koronavirusdan (COVID-19) ölüb, 5 882 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 634 nəfərə, yoluxanların sayı isə 6 063 775 nəfərə çatıb. Virus daşıyıcılarından 3 439 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 5 746 487 nəfər koronavirusdan sağalıb, 37,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 101 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 683 min təşkil edir.