Üzgüçülük Federasiyası rəhbərliyinə yeni seçki keçirilib (FOTO)

Noyabrın 18-də Azərbaycan Üzgüçülük Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

AzerTimes-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan Üzgüçülük Federasiyasının ötən olimpiya mərhələsindəki fəaliyyəti barədə federasiya prezidenti Xanlar Fətiyevin hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Xanlar Fətiyev yenidən federasiyanın yeni prezidenti seçilib.

Elçin Həsənov və Mark Koqanov isə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Vəliyev jurnalistlərin suallarını cavablandırıb.

Teqlər: