Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır – Nazir

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac
potensialının artırılması üzrə proqram hazırlanır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş
“İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında
deyib.

“Bu işlər yeni iş yerlərinin yaradılmasına, dövlət əmlakının
hərraclarda alqı-satqısı prosedurlarının sadələşdirilməsinə xidmət
edir”, – nazir deyib.

M.Cabbarovun sözlərinə görə, maliyyə sektorunda da sahibkarlıq
sahəsinə maliyyə alətlərinin əlçatanlığının sadələşdirilməsi üçün
yeni proqram hazırlanır.

“Qeyd etmək istəyirəm ki, bu gün məhz yerli sahibkarlığa
investisiyaları artırmaq lazımdır. Mən əminəm ki, bu proqram məhz
bu məqsədə xidmət edir”, – M.Cabbarov bildirib.

(Tərcümə: Orxan Nəbiyev)