Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə artıb

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı dinamik şəkildə
artıb.

Trend-in
məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov
Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında
sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, istehsal sektoru dörd dəfə, kənd
təsərrüfatı iki dəfə artıb. Həmçinin, onilliklər ərzində dövlət
tərəfindən sahibkarlıq fəaliyyətinin təşviqi, investisiya
potensialının artırılması üçün bir sıra işlər görülüb.

“Azərbaycan iqtisadiyyatının qarşılaşdığı mənfi fəsadlara
baxmayaraq, bu gün biz iqtisadi artımı sürətləndirən addımlar
atmaqda davam edirik”, – deyə M.Cababrov bildirib.

Nazir qeyd edib ki, iqtisadiyyatın inkişafı kiçik və orta
biznesin inkişafı ilə sıx bağlıdır.

“2021-ci illə müqayisədə 2022-ci ildə iqtisadiyyat, valyuta
ehtiyatları və digər makroiqtisadi göstəricilər dinamik artım
nümayiş etdirir”, – M.Cabbarov deyib.

O bildirib ki, hökumət kiçik və orta biznesə dəstək məqsədilə
biznesin xaricə çıxışının sadələşdirilməsi üçün şərait yaradır.

“Burada söhbət yerli istehsal çeşidlərinin genişləndirilməsi,
gömrük prosedurlarının sadələşdirilməsi və digər tədbirlərdən
gedir”, – nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)