Azərbaycanda dizel mühərrikli avtomobillərin qiyməti artıb – Ekspert

Azərbaycanda dizel mühərrikli və istismar müdəti yeddi ildən az
olan avtomobillərin qiyməti 20% artıb.

Bunu Trend
açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elməddin Muradlı
deyib.

Onun sözlərinə görə, dizel avtomobillərinin qiymətinin artmasına
səbəb ölkəmizə gətirilərkən onlara tətbiq edilən dövlət
rüsumlarının artmasıdır.

“Dizel mühərrikli avtomobillərə qoyulan rüsumların artması ətraf
mühitin çirklənməsinin qarşısını almaqdır. Hazırda 2,5 dizel
mühərrikli avtomobillərdə qiymət 1500 manat bahalaşıb və ucuzlaşma
gözlənilir. Köhnə və benzinlə işləyən avtomobillərin qiymətində isə
qiymət artımı olmayıb”, – deyə E.Muradlı bildirib.

Ekspertin sözlərinə görə, Rusiya istehsalı olan avtomobillərlə
bağlı da bazarda durğunluq var:

“Çünki Rusiyada artıq avtomat ötürücü qutuya malik avtomobillər
istehsal olunmur. Bunun səbəbi odur ki, “AvtoVAZ” şirkəti ötürücü
qutuları Yaponiyadan, Koreyadan və Almaniyadan alırdı. Ukrayna ilə
müharibədən başlayandan bəri həmin məhsulları ala bilmir. Ona görə
ancaq mexaniki ötürücü qutuları olan avtomobillər istehsal edilir.
Belə avtomobillərə də artıq bazarda maraq yoxdur”, – ekspert
vurğulayıb.

Teqlər: