Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni
yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 583 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 303 nəfər müalicə olunaraq
sağalıb, 9 670 nəfər vəfat edib, aktiv xəstə sayı 610 nəfərdir.
Ölkədə son sutka ərzində 2 695, hazırkı dövrədək isə 6 673 982 test
aparılıb.

Teqlər: