Türkiyə xüsusi təyinatlıları Suriyada 3 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 YPG
silahlısını (PKK terrorçularının Suriya qanadı)
zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

Terrorçular “Zeytun budağı” əməliyyatı zonasına hücum etməyə
hazırlaşıblar, lakin Türkiyə hərbçilərinin uğurlu əməliyyatları
nəticəsində onlar zərərsizləşdirilib.

Əməliyyata artilleriya cəlb edilib.