Azərbaycan XİN rəhbərinin müavini Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb

Martın 23-də Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini Elnur Məmmədov İslamabadda keçirilən İƏT Xarici İşlər
Nazirləri Şurasının 48-ci iclası çərçivəsində Qida Təhlükəsizliyi
üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə
görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş əsnasında Yerlan
Baidaulet rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi
proqramlar haqqında məlumat verib. Bu xususda, o, Azərbaycan
Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə
verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə
görə ölkəmizə təşəkkürünü çatdırıb.

Nazir müavini Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima
xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını
həmsöhbətinin diqqətinə çatdıraraq Qida Təhlükəsizliyi üzrə İslam
Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə
təşəkkürünü bildirib. Qida təhlükəsizliyinin təmin olunmasının
önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu
istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə
saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi
ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun
aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə
çatdırıb.

Teqlər: