Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni
yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz
nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq
sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539
nəfərdir.
Ölkədə son sutka ərzində 6 284, hazırkı dövrədək isə 6 599 806
test aparılıb.