Rusiya gimnastları Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadın cütlükləri arasında birinci yerə çıxıblar

Xəbər - Cani Babayeva – Trend:

13-19 yaş kateqoriyasında qadın cütlüyündə çıxış edən Rusiyalı
gimnastlar Yuliya Litvinkova və Varvara Roqulyova Bakıda keçirilən
Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında
qızıl medal qazanıblar. Onlar 28,140 xal toplayıblar.

AzerTimes-ın məlumatına görə, yarışı ikinci yerdə İsrail gimnastları
Roni Koen və Maya Velner (27,76- xal), üçüncü yerdə isə Qazaxıstan
gimnastları Anjelika Boboşko və Valeriya Muravkina (27,440 xal)
başa vurublar.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Teqlər: