Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 774 394 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 734 386 nəfər müalicə olunaraq
sağalıb, 9 235 nəfər vəfat edib, aktiv xəstə sayı 30 773
nəfərdir.
Son sutka ərzində 11 629, hazırkı dövrədək isə 6 485 357 test
aparılıb.