Böyük Britaniya kraliçası koronavirusa yoluxub

Böyük Britaniyanın Kraliçası II Elizabet koronavirusa
yoluxub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı Bukinqem
sarayına istinadən bildirib.

Kraliçada soyuqdəyməyə bənzər yüngül simptomlar müşahidə
olunur.


Bundan əvvəl onun oğlu Şahzadə Çarlzda da infeksiyaya yoluxma
təsdiqlənib. “The Sun” qəzeti onun II Elizabet ilə təmasda olduğunu
yazıb.