Azərbaycan və Gürcüstan dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün daha böyük potensiala malikdirlər – XİN rəhbəri

Azərbaycan və Gürcüstan dostluq münasibətlərinin inkişafı və
möhkəmləndirilməsi üçün daha böyük potensiala malikdirlər.

Trend xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili yazıb.

“Azərbaycan Respublikasına rəsmi səfərimi başa vurdum.
Dostlarımın səmimi qonaqpərvərliyinə görə təşəkkür edirəm.
Gürcüstan və Azərbaycan üçün əsas prioritet ölkələrimizin,
regionumuzun inkişafı, insanların rifahıdır. Hər iki ölkə tarixən
buna çalışıb və bu istiqamətdə çox işlər görür. Bu münasibətlərin
dərinləşməsinə verdiyi töhfəyə görə gürcü və azərbaycanlı
diplomatlara təşəkkür edirəm”, – deyə XİN rəhbəri bildirib.

Teqlər: