Azərbaycanda bu şəxslərə müavinət verilməsi təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək
fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif
edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Hesabatda həmçinin ünvanlı dövlət sosial yardımı təyin edilərkən
ailə üzvü olan birinci dərəcə əlilliyi olan şəxslərin ailənin
tərkibində nəzərə alınmaması məqsədilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı
ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün
müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən
imtina edilməsi Qaydaları”na “birinci dərəcə əlilliyi olan şəxslər”
məzmununda 3.6.7-ci bəndin əlavə edilməsi təklifi qeyd edilib.

Teqlər: