Azərbaycanda bu şəxslərə güzəştli kreditlər verilə bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda əlilliyi olan şəxslərə də güzəştli kreditlərin
verilməsi təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Belə ki, hesabatda əlilliyi olan şəxslərin, habelə qadınların
sahibkarlıq fəaliyyətinə daha aktiv cəlb olunmasını təmin etmək
məqsədi ilə güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin
tətbiq edilməsi və bu kimi digər stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi mexanizminin işlənib hazırlanması təklif edilir.

Teqlər: