Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Aqrar İnnovasiya Mərkəzi
ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzi
arasında “Rostok” adlı yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif
kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi ilə
bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

Trend bu barədə
nazirliyə istinadən məlumat verir.

Müqaviləyə əsasən Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat
müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə, 12
müxtəlif kənd təsərrüfatı bitkisi üzərində yeni aqrokimyəvi
maddənin sınaqlarının aparılması nəzərdə tutulub. Yeni aqrokimyəvi
maddə bitkilərin məhsuldarlığının və stres amillərin təsirinə qarşı
davamlılığının artırılmasında, eləcə də böyümə və inkişafının
tənzimlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi kənd təsərrüfatı sahəsi
üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin
tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin
göstərilməsi istiqamətində fəaliyyət göstərir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: