“Azneft” İB neft-qaz hasilatını artırıb

Xəbər - Trend6

SOCAR-ın “Azneft” İB üzrə 2022-ci ilin yanvar-mart aylarında 1.6
milyon tondan çox neft hasil edilib.

AzerTimes-ın məlumatına görə, bu
barədə İB-nin “Facebook” səhifəsində qeyd edilib.

“Plan 102 faiz yerinə yetirilib. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə artım tempi 0,8 faizdir. Cari ilin 3 ayında, həmçinin
1.6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5
faiz əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə
müqayisədə artım tempi 1,2 faizdir”, – məlumatda bildirilir.

Teqlər: