FHN yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Dövlət Yanğın
Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonu
ərazisində yerləşən “AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1
və 3 nömrəli neft yığım məntəqələrində yoxlama zamanı yanğın
təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar
edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib. Belə ki:

– müəssisə normativ sənədlərin tələblərinə uyğun odsöndürənlərlə
təchiz olunmayıb;

– istismar müddəti bitmiş ilkin yanğınsöndürmə vasitələri yenisi
ilə əvəz edilməyib;

– neft çənlərinin ətrafındakı bəndlər norma və qaydaların
tələblərinə uyğun quraşdırılmayıb;

– neft yığım məntəqələrində istismara yararsız neft çənləri
əsaslı təmir olunmayıb və tənəffüs klapanları ilə təchiz
edilməyib;

– korroziyaya uğramış hissələr bərpa edilməyib və günəş
şüalarının təsirindən qorunmaq üçün açıq boya ilə yenidən
rənglənməyib, norma və qaydaların tələblərinə uyğun vəziyyətə
gətirilməyib;

– ərazi neft gölməçələri, quru ot və kol-kosdan, yanar tullantı
materiallarından təmizlənməyib;

– çənlərin üstü və ətrafı neft məhsulundan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam
etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə
genişlənərək faciəni qaçılmaz edəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın
hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin
əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət
növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini və
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın
Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin
tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş
“AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 və 3 nömrəli neft
yığım məntəqələrinin neft məhsulu saxlanılan 1, 3, 5, 7 nömrəli
çənlərinin istismarının dayandırılması barədə Qərar qəbul
edilib.

Teqlər: