Azərbaycanda bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır

Azərbaycanda yüklərin tranziti zamanı yol vergisinin ləğvinə
yönəlmiş qanun layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin (DANX) rəisi Anar Rzayev “Azərbaycanda beynəlxalq
avtomobil daşımalarının inkişaf perspektivləri” mövzusunda konfans
zamanı deyib.

Onun sözlərinə görə, yük daşıyıcıları Azərbaycan Vergilər
Məcəlləsinə uyğun olaraq yol vergisi ödəyir və bu, yol rüsumlarına
aid deyil.

“Bu normativi ləğv etmək üçün müvafiq qanun layihəsi hazırlanıb.
Azərbaycana daxil olarkən yol vergisinin ödənişi həm yerli, həm də
xarici yük daşıyıcılarına şamil olunur”, – A.Rzayev deyib.

O qeyd edib ki, bu qanun layihəsində digər məsələlər də yer
alıb.

“Bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv
etmək planlaşdırılır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)