Azərbaycanda 42 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, son sutkada COVID-19-la bağlı ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 023 nəfər müalicə olunaraq
sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.

Ölkədə son sutka ərzində 4 048, hazırkı dövrədək isə 6 714 357
test aparılıb.

Teqlər: