Azərbaycanda 16 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni
yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxanlardan ölən
yoxdur.

İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351
nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 199 nəfər
aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test
icra olunub.

Teqlər: