Azərbaycanda 16 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni
yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416
nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib, aktiv xəstə
sayı 185 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 4 343, ötən müddət ərzində isə ümumilikdə 6 755 203
test aparılıb.

Teqlər: