“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan
Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, 6 mərhələdən ibarət olan yarışda hərbi
qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər
mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş
etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq
səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı
snayperin müəyyən olunmasıdır.
Yarış aprelin 15-dək davam edəcək.

Teqlər: