Azərbaycanda 1 889 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 740, ötən müddət ərzində isə ümumilikdə 5 443 180 test aparılıb.

Teqlər: