Britaniyalı gimnast Bakıda keçirilən DÇ-də fərdi batut proqramı üzrə birinci yeri tutub

Xəbər - Cani Babayeva – AzerTimes:

Böyük Britaniyalı gimnast Brayoni Peyc Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının batutda fərdi tullanışlar proqramında 56.235 xal toplayaraq birinci yeri tutub.

AzerTimes-in məlumatına görə, ikinci yerdə Çin gimnastı Yunçju Çao (55.815 xal), üçüncü yerdə isə Rusiya gimnastı Yana Lebedeva (55.800 xal) qərarlaşıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Teqlər: