Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm – Ərdoğan

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Xəzərə çxışı təmin edən Beynəlxalq Orta Dəhliz vacib rol oynayır. Sərmayələri və ticarət dövriyyəsini artırmalı, tariflərlə bağlı problemlər aradan qaldırılmalıdır. Beynəlxalq kombinə edilmiş yük daşımaları sazişini dərhal imzalamalıyıq. Bu baxımdan, Naxçıvana açılan dəhlizin faydası olduqca önəmlidir. Bu dəhlizdən bütün region dövlətləri yararlanacaq”, – deyə R.T.Ərdoğan bildirib.

Teqlər: