Azərbaycan Qarabağı azad etməklə beynəlxalq ictimayyətin yaddaşına ədalət ismarıcını həkk etdirib – Türkiyə Prezidenti

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycan Qarabağı işğaldan azad etməklə beynəlxalq ictimayyətin yaddaşına ədalət ismarıcını həkk etdirib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi türk dünyasının birlik və bərabərliyini möhkəmləndirib. Qarabağın azadlığının rəmzi olan Xarıbülbül zəfərin müjdəçisinə çevrilib. Qarabağ zəfəri təkcə işğal altındakı torpaqların azad edilməsi demək deyil, həm də regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlığın təmin olunmasına aparan yolun önünü açıb” – deyə, Prezident bildirib.

Teqlər: