Azərbaycan Xarici İşlər naziri bu gün Moskvaya səfərə yollanır

Azərbaycan Xarici İşlər naziri bu gün Moskvaya səfərə yollanır

Dünən (8 oktyabr) Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu gun (9 oktyabr) Moskvaya işgüzar səfər edəcək.