Bir nəfəri öldürüb, digərini yaralayan cinayətkar saxlanıldı

Bir nəfəri öldürüb, digərini yaralayan cinayətkar saxlanıldı

Bakıda bir nəfəri öldürüb digərini yaralayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə oktyabrın 8-də saat 3 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olub, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilib.