Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis
Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan
müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə
taktiki-xüsusi məşqlər keçirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, keçirilən dərslərin mövzusuna əsasən
istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini
öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini
artırırlar.
Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin
kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş
sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda
fəaliyyətləri praktiki olaraq icra edib.