Qırğızıstan Prezidenti Sadır Japarov ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn
Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul
Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir
müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad ediblər.

Trend xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu
öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini
anıblar, məzarı üzərinə tər güllər düzüblər.

Teqlər: