Azərbaycan və Tacikistan arasında əlaqələrin dərin kökləri var – Səfir (FOTO)

Azərbaycan və Tacikistan arasında əlaqələrin dərin kökləri
var.

AzerTimes-ın məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı
səfiri Rustam Soliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
(BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə
təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi
masada deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı etimada
əsaslanır. “Azərbaycan və Tacikistan xalqları birgə mədəni
dəyərlərə malikdir. Ölkələrimiz arasında əlaqələrin tarixi və
mədəni kökləri var. Azərbaycan və Tacikistan arasında dərin etibar
mövcuddur. İki ölkənin liderləri arasında mövcud olan sıx
münasibətlər əlaqələrin inkişafına mühüm töhfə verir”, – deyə səfir
bildirib.

O qeyd edib ki, əlaqələrin inkişaf etdirilməsi məqsədilə
Azərbaycan və Tacikistan dövlət qurumları arasında işçi qrupları
yaradılır. “Artıq belə bir işçi qrupu yaradılıb və növbəti işçi
qruplarının yaradılması istiqamətində iş aparılır. İnanırıq ki, iki
ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək”, – deyə o
əlavə edib.

Səfir əlavə edib ki, Azərbaycanla Tacikistan beynəlxalq
terrorizmə qarşı mübarizədə də səmərəli əməkdaşlıq edir.

Teqlər: