Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı
Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı
olub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, tərəflər
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və
qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə
ediblər.

Teqlər: