Azərbaycan və İran arasında kitab sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və İran arasında kitab sənayesi və ədəbiyyat sahəsi
üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə
Trend
-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan İran da təşkil olunan 33-cü Tehran
Beynəlxalq Kitab sərgisində iştirakı çərçivəsində Azərbaycan
nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyinin Kitab sənayesi
şöbəsinin müdiri Akif Marifli ilə Tehran Beynəlxalq Kitab
Sərgisinin vitse-prezidenti, İran Kitab və Ədəbiyyat Evinin
direktoru Ali Ramezani arasında görüş təşkil olunub.

Görüşdə iki ölkə arasında kitab sənayesi və ədəbiyyat sahəsi
üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə
olunub.

Bakı və Tehran beynəlxalq kitab sərgilərində qarşılıqlı
fəaliyyət və nəşriyyat evlərinin təmsil olunması, kitab sənayesi
sektoru üzrə əməkdaşlıq, ədəbiyyat sahəsində əlaqələrin
genişləndirilməsi, Azərbaycan və İran yazarlarının əsərlərinin
tərcümə mübadiləsi müzakirəyə çıxarılan əsas məsələlərdən olub.

33-cü Tehran Beynəlxalq Kitab Sərgisi may ayının 21-ə kimi davam
edəcək.

Teqlər: