14 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David
Zalkaliani arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
C.Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı
gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib.
Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana
yardım etməyə hazır olduğunu ifadə edib.
D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və
nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına
təşəkkürünü bildirib.
Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual
mövzularını, habelə regional məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə
fikir mübadiləsi aparıblar.