Sumqayıtda mebel mağazasında yanğın olub

Sumqayıt şəhərində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 600 m²)
olan ikimərtəbəli mebel mağazasının zirzəmisində, sahəsi 12 m² olan
texniki otaqda quraşdırılan 10 ədəd elektrik açarı və 6 p.m kabel
yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, otağın
qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: