Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycanın Xarici
İşlər Nazirliyi (XİN) ilə Braziliya Xarici Əlaqələr Nazirliyi
arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu)
keçirilib.
Xarici İşlər Nazirliyindən
Trend-ə verilən məlumata görə,siyasi məsləhətləşmələr zamanı
ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi
və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, tərəflər
regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq
perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin
müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət
məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin
müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində
Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər
keçirib.
Keçirilən görüşlər çərçivəsində ikitərəfli münasibətlərin
perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi,
parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər
arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.