Salyanda mağaza, Beyləqanda maşın yanıb

Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 18 m² olan ərzaq
mağazasının yanar konstruksiyaları və içərisindəki mallar 10 m²
sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mağazanın
qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.

Beyləqan şəhərində isə “Hyundai” markalı minik avtomobilinin
mühərrik hissəsində elektrik avadanlıqları və qismən arxa buferi
yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: